AZ

"Qarabağ" və "Neftçi"də oynamış məşhurun Azərbaycana qayıdışı baş tutmadı

"Neftçi"dən ayrılan Filip Ozobiçin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı barədə məlumat vermişdik.

Millimizin sabiq üzvünün xidmətində "Sumqayıt" maraqlı idi.

Amma bu keçid baş tutmayacaq.

Tərəflər arasında ilkin danışıqlar uğursuz keçib.

Əsas səbəb hazırda klubsuz olan yarımmüdafiəçinin gözləniləndən artıq maaş tələb etməsi olub.

34 yaşlı orta sahə oyunçusuna aylıq 15000 dollar təklif edilib. O isə bu rəqəmi yaxın buraxmayıb.

Bu gün üçün vəziyyət belədir. Əgər sabah adıçəkilən futbolçu israrından dönərsə, şərtlər dəyişə bilər.

Ozobiçin "Neftçi"dən ayrılmaq səbəbinin də pul olduğunu xatırladaq. Samir Abasovun qalmasını istədiyi oyunçuya "ağ qaralar" da eynən "Kimyaçılar" qədər maaş təklif etmişdi. Bununla razılaşmayınca yolların ayrılması dəqiqləşmişdi.

O, son mövsüm "ağ qaralar"ın heyətində keçirdiyi 33 görüşdə 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Milliləşdirilən xorvatiyalı "Neftçi"yə qədər ölkəmizdə "Qarabağ" və "Qəbələ"nin formasını geyinib.

Ozobiç Azərbaycan millisində 15 oyunda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
18
1
sportinfo.az

10Mənbələr