FİFA milli komandalarının iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, xəbər verir ki, millimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. Komanda 1148 xalla 119-cu yerdən 122-ci yerə düşüb.
Xatırladaq ki, Fernando Santuşun komandası bu müddətdə iki yoldaşlıq oyunu keçirib: Latviya ilə qolsuz heç-heçə edən milli Macarıstana uduzub - 1:2.
Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa 3-cü (1862 xal) Ukrayna 26-cı (1557 xal), İslandiya 74-cü (1337 xal) yerdədi.
Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta