AZ

Azərbaycan millisi FİFA reytinqində gerilədi

Azərbaycan millisi FİFA reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.

İdmanxeber.az-ın məlumatına görə, yığma komandamız 1148 xalla 119-cu yerdən 122-ci yerə düşüb.

Xatırladaq ki, Fernandu Santuşun komandası bu müddətdə iki yoldaşlıq oyunu keçirib: Latviya ilə qolsuz heç-heçə edən milli Macarıstana uduzub – 1:2.

Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir.

Seçilən
39
1
idmanxeber.az

3Mənbələr