Azərbaycan millisi FİFA reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.
İdmanxeber.az-ın məlumatına görə, yığma komandamız 1148 xalla 119-cu yerdən 122-ci yerə düşüb.
Xatırladaq ki, Fernandu Santuşun komandası bu müddətdə iki yoldaşlıq oyunu keçirib: Latviya ilə qolsuz heç-heçə edən milli Macarıstana uduzub – 1:2.
Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir.