AZ

Ermənistanda daha bir iş adamı saxlanıldı

Vətəninfo.az xəbər verir ki, Ermənistanda sahibkar Samvel Karapetyana məxsus “Taşir Pizza” restoranlar şəbəkəsinin direktoru Vaginak Kazaryan həbs edilib.

Erməni KİV-ləri xəbər verir ki, Kazaryan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “Taşir” Qrupun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.

Seçilən
40
6
veteninfo.az

7Mənbələr