Ermənistanda səs-küylü həbslər davam edir. Hazırda həbsdə olan sahibkar Samvel Karapetyana məxsus "Taşir Pizza" restoranlar şəbəkəsinin direktoru Vaginak Kazaryan həbs edilib. Erməni mediasının yazdığına görə, Kazaryan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, "Taşir" Qrupun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.
Mətləb Salahov