AZ

ABŞ Cənubi Koreyanın Amerika helikopterlərini almaqdan imtina etdiyini açıqladı

Cənubi Koreya “Boeing AH-64E Apache Guardian” helikopterlərinin əlavə partiyasının alınmasını ləğv etməyi planlaşdırır.

Editor.az bu barədə “Defence News” -a istinadla xəbər verir.

Jurnalistlər bildiriblər ki, helikopter alqı-satqısı müqaviləsi ötən ilin avqustunda təsdiqlənib. Müqaviləyə əsasən, ABŞ 3,5 milyard dollar dəyərində 36 ədəd avadanlıq satmalı idi. Lakin Cənubi Koreya bu təklifi 2025-ci ilin iyulunda rədd edib.Mənbələrə görə, Seul eyni dövrdə, 2016-2017-ci illərdə analoji sayda helikopterin ilk partiyasını alıb.

Nəşr qeyd edir ki, Apaçilərin Şimali Koreyanın sürətli qayıqlarına və zirehli maşınlarına qarşı istifadə edilməsi planlaşdırılırdı. Bununla belə, Koreya Respublikası Milli Assambleyasının Müdafiə Komitəsi Ukraynadakı münaqişə təcrübəsinə istinad edərək bəyan edib ki, ölkə hakimiyyəti bu baxımdan vəsaiti daha vacib sahəyə, konkret olaraq pilotsuz uçuş aparatlarına yönəltmək qərarına gəlib.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
371
50
editor.az

10Mənbələr