Bakı. Trend:
İyulun 11-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesiAzərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələritərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərinifadələri ilə davam etdirilib.
Trend xəbərverir ki, zərərçəkmiş şəxs Mehriban Bəkirova 1992-ci il fevralın25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlıqüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraqorada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4azyaşlı övladı, o cümlədən bir neçə günlük körpəsi olub.Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqdaişgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismindəçalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələbedilib.
O, prokurorun sualına cavabında soyqırımından əvvəl də Xocalınınmütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyəsığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyayagətirdiyini söyləyib.
Zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cuildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib:“Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdəoxuyurdu. Bizə bir qrup şəxs yaxınlaşıb dedi ki, bizazərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaqistəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isəağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicəolundum”.
Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyənƏ.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdəşəhid olduğunu söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.