AZ

İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Soyqırımı zamanı Xocalıdan məcburi köçkün düşmüş qadın

Bakı. Trend:

İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadəverən zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakıdədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonundaməskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədarora köçdüklərini bildirib.

Trend xəbərverir ki, o, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusadaş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığıbatdığını söyləyib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalısoyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün oradaqaldıqdan sonra Ağdama gedə bildiklərini deyib. Soyqırımı zamanıonun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə,digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkindüşüb.

“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızımulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raketatırlar, gedək...”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
194
50
az.trend.az

4Mənbələr