AZ

ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə Komitənin yaydığı rəsmi sənədlərdə qeyd olunub.

Həmin məbləğ Komitə tərəfindən təsdiqlənmiş ABŞ-ın 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə də daxil edilib.

Bildirilir ki, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Seçilən
97
35
publika.az

10Mənbələr