AZ

ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Komitənin yaydığı rəsmi sənədlərdə qeyd olunub.

Həmin məbləğ Komitə tərəfindən təsdiqlənmiş ABŞ-ın 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə də daxil edilib.

Bildirilir ki, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Xəbər 1 dəfə oxunub.
Seçilən
190
35
xezernews.az

10Mənbələr