AZ

“Turan Tovuz” ispaniyalı yarımmüdafiəçi transfer etdi

"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi Roberto Olabe ilə 2 illik müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, 2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.

29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
21
bizim.media

10Mənbələr