AZ

DÇ-2030-un finalı bu stadionda keçiriləcək

DÇ-2030-un finalı Madriddə təmir edilmiş "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, “Real”ın prezidenti Florentino Peres və FİFA prezidenti Canni İnfantino ABŞ-da keçirilən klublararası dünya çempionatında görüşüblər və yarışın əsas oyununun "Santyaqo Bernabeu"da keçirilməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, 2030-cu il dünya çempionatının final hissəsinin yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi planlaşdırılır. Uruqvay, Argentina və Paraqvay hərəyə bir açılış oyununa ev sahibliyi edəcəklər. 

Seçilən
0
3
ikisahil.az

5Mənbələr