AZ

DÇ-2030-un finalı bu stadionda keçiriləcək

DÇ-2030-un finalı Madriddə təmir edilmiş "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

News24.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, “Real”ın prezidenti Florentino Peres və FİFA prezidenti Canni İnfantino ABŞ-da keçirilən klublararası dünya çempionatında görüşüblər və yarışın əsas oyununun "Santyaqo Bernabeu"da keçirilməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, 2030-cu il dünya çempionatının final hissəsinin yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi planlaşdırılır. Uruqvay, Argentina və Paraqvay hərəyə bir açılış oyununa ev sahibliyi edəcəklər.


Seçilən
1
3
news24.az

5Mənbələr