BAKI, 12 iyul. TELEQRAF
Cəbrayıl rayon Mehdili kəndinin 85,21 faizi minadan təmizlənib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev Mehdili kəndinə təşkil edilmiş səyyahların səfəri zamanı media nümayəndələrinə müsahibə zamanı bildirib.
"Ərazidə yerləşən Mehdili/006/05 mina sahəsində 171 gündür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 min 111 kvadratmetrdir.
“Bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb. Ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib. Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinə minalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır".