Cəbrayıl. Trend:
Cəbrayıl rayonunun Mehdili kəndində bu günə kimi ərazinin 85,21faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd minaaşkarlanıb.
Bunu Trend-ın bölgə müxbirinə ANAMA-nın 3 saylıtəmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev deyib.
O qeyd edib ki, ərazidə tapılan minalar partlayış qruputərəfindən zərərsizləşdirilib.
"Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinəminalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinəolan minalardır ki, bunlar Rusiya istehsalıdır", - deyə o qeydedib.