AZ

"Rusiya bir gecədə Ukraynaya 600 PUA atıb" - Zelenski

Rusiya qoşunları bu gecə Ukraynaya 26 raket və 600-ə yaxın pilotsuz uçan aparat atıb, onların yarıdan çoxu İran istehasalı PUA-lardır.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

"Bu gecə Rusiya Xarkov və Sumı vilayətlərindən Lvov və Bukovinaya zərbələr endirib. Orada 26 qanadlı raket və 597 pilotsuz uçuş aparatı olub, onların yarıdan çoxu "Şahedlər" olub. 20-dən çox raket və hücumçu pilotsuz uçan aparatların böyük əksəriyyəti zərərsizləşdirilib", - Zelenski bildirib.

Onun sözlərinə görə, mülki infrastruktura, o cümlədən yaşayış binalarına zərbələr endirilib. Hazırda Çernivtsidə 2 ölü olduğu məlum olub. Atışma nəticəsində yaralanan daha 20 nəfərə lazımi yardım göstərilir.

Seçilən
5
23
unikal.az

10Mənbələr