AZ

Azərbaycanda keçmiş nazir vəfat etdi

Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

 

Barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib.

 

Ş.Musayev 82 yaşında dünyasını dəyişib.

 

O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub.

 

Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir.

 

Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib. Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub.

 

1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.  /Bakupost.az

 

Allah rəhmət eləsin!

 

Bakupost.az

Tarix: 12 İyul 2025, 15:37   
Seçilən
0
25
pravda.az

10Mənbələr