Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun həmkarı Siruz Abasbəyli məlumat verib.
Ş.Musayev 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, sabiq nazir Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub.
1990-cı ilin aprel ayında Azərbaycan SSR-in rabitə naziri təyin edilib. O bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.
"Cebheinfo.az"