AZ

Dünyada yeni dövlət yaranır

Fransa Yeni Kaledoniya adlı yeni dövlətin yaradılması haqqında müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" yazır.

"Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar şənbə günü səhər saatlarında Fransadan tamamilə müstəqil olmayacaq yeni bir dövlət yaratmaq üçün razılıq əldə etdiklərini elan etdilər",  nəşr mənbələrinə istinadən qeyd edib. 

Nəşr vurğulayır ki, bu müqavilə sayəsində ərazi muxtariyyət qazanacaq. Növbəti mərhələ Fransa parlamentində səsvermə və adaların özləri ilə bağlı referendum olacaq.

2024-cü ilin yazında Yeni Kaledoniyada konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar iğtişaşlar başlayıb.  

Yeni Kaledoniya Fransanın inzibati-ərazi qurumu, Sakit okeanda arxipelaqdır. Parisin Yeni Kaledoniyadakı səlahiyyətlərini Fransa Prezidenti tərəfindən təyin olunan Ali Komissar təmsil edir. İcra hakimiyyəti yerli hökumətdir.

Gülayə Mecid 

Seçilən
5
1
unikal.az

10Mənbələr