AZ

Fransada Yeni Kaledoniya adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

Fransada "Yeni Kaledoniya" adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar şənbə günü səhər Fransadan tam müstəqil olmayacaq yeni dövlətin yaradılması barədə razılığa gəldiklərini bəyan ediblər.

Nəşr qeyd edir ki, bu saziş sayəsində əraziyə muxtariyyət veriləcək. Sənədə əsasən, Yeni Kaledoniya üçün ayrıca vətəndaşlıq yaradılacaq və beynəlxalq münasibətlər sahəsində bəzi səlahiyyətlər yeni dövlətə ötürüləcək. Növbəti mərhələdə Fransa parlamentində səsvermə keçiriləcək və adalarda referendum təşkil olunacaq.

Xatırladaq ki, 2024-cü ilin yazında Yeni Kaledoniyada konstitusiyaya edilən dəyişikliklər - xüsusilə də miqrantlara seçki hüququnun verilməsi - kütləvi iğtişaşlara səbəb olmuşdu.

Qeyd edək ki, Yeni Kaledoniya Fransanın inzibati-ərazi qurumu, Sakit okeanda yerləşən arxipelaqdır. Burada ali hakimiyyət Fransa prezidenti tərəfindən təyin edilən ali komissarın, icra hakimiyyəti isə yerli hökumətin səlahiyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
5
oxu.az

6Mənbələr