Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı və Meksikadan idxalolunan məhsullara 30 faizlik gömrük rüsumu tətbiq edildiyini bəyanedib.
Trend-inməlumatına görə, bunu Donald Tramp şənbə günü Mexiko və Brüsseləgöndərdiyi məktublarda bildirib.
“Avqustun 1-dən etibarən biz Aİ ilə mövcud olan ticarət kəsiriniaradan qaldırmaq məqsədilə Aİ ölkələrindən idxal olunan mallaraümumilikdə 30% rüsum tətbiq edəcəyik”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti, eyni zamanda, danışıqların davam etdirilməsininmümkünlüyünü də istisna etməyib.
Sözügedən məktubların surətləri Trampın “Truth Social”platformasındakı hesabında paylaşılıb.