AZ

Tramp Aİ və Meksikadan idxal olunan mallara 30% rüsum tətbiq edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı və Meksikadan idxal olunan məhsullara 30 faizlik gömrük rüsumu tətbiq edildiyini bəyan edib.

Day.Az-ın məlumatına görə, bunu Donald Tramp şənbə günü Mexiko və Brüsselə göndərdiyi məktublarda bildirib.

"Avqustun 1-dən etibarən biz Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq məqsədilə Aİ ölkələrindən idxal olunan mallara ümumilikdə 30% rüsum tətbiq edəcəyik", - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti, eyni zamanda, danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib.

Sözügedən məktubların surətləri Trampın "Truth Social" platformasındakı hesabında paylaşılıb.

Seçilən
54
1
day.az

2Mənbələr