AZ

“Fənərbağça” “Bavariya” ilə danışıqlara BAŞLADI

"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" fransalı vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Komanı satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. "Fənərbağça" artıq Almaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, "Bavariya" Kinqsli Komanı 2015-ci ilin yayında "Yuventus"dan transfer edib. 29 yaşlı futbolçu ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
6
3
bizim.media

10Mənbələr