AZ

Ağstafada iki avtomobil toqquşub: Xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, qəza rayon mərkəzində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili digər VAZ markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə 2006-cı il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
10
2
cebheinfo.az

10Mənbələr