AZ

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza rayon mərkəzində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili digər VAZ markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə 2006-cı il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
2
avtosfer.az

10Mənbələr