"Barselona" "Liverpul"un hücumçusu Luis Diasın transferini keçidini sürətləndirmək üçün özü təşəbbüs göstərəcəyinə ümid edir.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu "Barselona"da oynamağı arzulayır.
Bununla belə, maliyyə çətinlikləri səbəbilə Kataloniya təmsilçisi kolumbiyalı üçün 60 milyon avrodan artıq təzminat ödəmək niyyətində deyil. Eyni zamanda bildirilir ki, futbolçu klubun hazırkı maliyyə imkanlarını nəzərə alaraq təklif ediləcək əməkhaqqını qəbul etməyə hazırdır.
Luis Dias ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyuna çıxaraq 17 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, kolumbiyalının bazar dəyəri 70 milyon avro təşkil edir.