Bakı.Trend:
İyulun 2-dən Parisdə Kanakinin (Yeni Kaledoniya) gələcəkstatusunun müəyyənləşdirilməsi məqsədilə Fransa Hökuməti,müstəqillik tərəfdarları və əleyhdarları arasında yüksək səviyyəliSammit öz işinə başlayıb. İyulun 12-də tərəflər Yeni Kaledoniyanıngələcəyi ilə bağlı razılaşmanın layihəsinə imza atıblar.
Mövzu ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Tural İsmayılovbildirib ki, Fransa və onun keçmiş müstəmləkələri arasındakımünasibətlər yeni mərhələyə qədəm qoyur və bu, Parisin qlobalnüfuzunun zəifləməsinin növbəti sübutudur.
Onun sözlərinə görə, Yeni Kaledoniya ilə bağlı razılaşma layihəsi,əslində, Fransa imperiya düşüncəsinin tədricən çökdüyünü göstərənbariz nümunədir:
"Rəsmi Paris uzun illər boyu dekolonizasiya prosesini ləngitməkvə Kanaki xalqının iradəsini görməməzliyə vurmaq siyasətiyürüdürdü. Lakin bu dəfə vəziyyət fərqlidir – daxili təzyiqlər,beynəlxalq ictimai rəy və xüsusilə Bakı Təşəbbüs Qrupunun fəallığıParisin bu məsələdə güzəştə getməsinə səbəb oldu. Azərbaycantərəfindən qlobal dekolonizasiya çağırışlarının gücləndirilməsi vəKanaki məsələsinin beynəlmiləlləşdirilməsi prosesi ciddi nəticələrdoğurdu. Makronun şəxsən danışıqlarda iştirak etməsi Fransa üçünsiyasi cəhətdən geriləmədir, çünki bu, artıq məsələni "Parisadministrasiyası" yox, "Fransa dövləti" səviyyəsində qəbuletdiklərini göstərir".
T.İsmayılov qeyd edib ki, Yeni Kaledoniya üçünmüəyyənləşdirilmiş “unikal status” Parisin indiyədək tabulaşdırdığıKonstitusiyanın dəyişdirilməsi ideyasını rəsmi şəkildə qəbul etməsideməkdir:
"Bu da Korsika kimi digər ərazilər üçün yeni presedent yaradırvə Fransanın vahid dövlət konsepsiyasını şübhə altına salır.Layihənin “dövlət içində dövlət” modeli yaratması, əslində, Fransaüçün mərkəzsizləşmə və süverenlik paylaşımına məcburi addımdır.Azərbaycan üçün isə bu, diplomatik uğur və ideoloji zəfərdir –çünki Kanaki xalqının mübarizəsi Bakının irəli sürdüyü siyasitezislərlə üst-üstə düşür. Kaledoniya xalqının gələcəkdəkireferendum hüququnu qoruyub saxlaması isə bu razılaşmanı formaldeyil, real siyasi keçidə çevrilə biləcək mexanizmə çevirir".
Müsahibimiz vurğulayıb ki, Fransa təhlükəsizlik və müdafiəsahəsində öz nüfuzunu saxlamağa çalışsa da, razılaşmanın mətnindəbu səlahiyyətlərin mərhələli şəkildə paylaşılması ehtimalı artıqqəbul edilib:
"Bu da göstərir ki, Fransa öz təsirini qorumaq üçünmüstəmləkələrdə daha çox kosmetik simvolizmə ümid bəsləyir. İkilivətəndaşlıq məsələsi və regional seçki sistemindəki dəyişikliklərisə Kanaki xalqının daxili müqavimətini daha da gücləndirə bilər.Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ehtiyatlı reaksiyası dagöstərir ki, bu layihə yalnız başlanğıcdır – yolun sonu isə açıqşəkildə müstəqilliyə aparır. Azərbaycan bu prosesdə prinsipialmövqe sərgiləməklə, öz postkolonial vizyonunu praktik səviyyədəsübut etdi. Kaledoniya xalqı isə əslində ilk dəfə olaraq realseçimin kənar diktə yox, daxili siyasi iradə ilə formalaşabiləcəyini gördü. Fransa isə bu gün sadəcə post-imperiya qorxularıilə üzləşən zəifləmiş metropoldur".
Siyasi şərhçi Turan Rzayev isə Trend-ə bildirib ki, İyulun 2-dənetibarən Parisdə baş tutan və iyulun 12-də ilkin razılaşma layihəsiilə nəticələnən Yeni Kaledoniya üzrə danışıqlar, təkcə Fransa üçündeyil, eyni zamanda qlobal postkolonial sistemin gələcəyi üçünciddi nəticələr doğura biləcək bir mərhələdən xəbər verir:
"Bu ilk baxışdan status-kvonu qoruyan texniki razılaşma kimigörünsə də, əslində Parisin öz konstitusional qapanıqlığını açmaqməcburiyyətində qaldığı bir dönüş nöqtəsidir.Fransa tərəfi “unikalstatus” donu geyindirməyə çalışsa da, bu təşəbbüs Kanak xalqı üçünnə müstəqillik, nə də tam hüquqlu bir dövlət modelidir. Bu daha çoxmüstəmləkə idarəsinin modernləşdirilmiş versiyası, hüquqi baxımdanisə "mərkəzdən nəzarətin yenidən kodlaşdırılması" kimidəyərləndirilə bilər.
Razılaşma layihəsinin mahiyyəti, Parisin Kanakinin tammüstəqillik arzusuna cavab verməkdən imtina etdiyini, əvəzində isə"Yeni Kaledoniya Dövləti" adlı yeni bir struktur yaradaraq buistəyi simvolik bir səviyyəyə endirdiyini göstərir. FransaKonstitusiyası çərçivəsində tanınacaq bu qurum, əslində beynəlxalqhüquqda suverenlik ölçüləri ilə heç bir halda tam hüquqlu dövlətdeyil. Layihədə BMT-də yer alma hüququnun olmaması da bunu açıqşəkildə sübut edir. Kanaki xalqı üçün bu razılaşma əgər xalqtərəfindən qəbul olunarsa belə, onların öz müqəddaratını təyin etməhüququnun reallaşması deyil, onun ertələnməsi və sistemləşdirilmişşəkildə “dövlət içində muxtariyyət” modeli ilə əvəzlənməsidir.
Ən kritik və mübahisəli məqamlardan biri isə seçki hüququ iləbağlı dəyişikliklərdir. Yeni layihəyə görə, 15 il Kanakidə daimiyaşamış hər bir şəxs regional seçkilərdə iştirak edə biləcək. Buisə minlərlə yeni seçicinin səsvermə hüququ qazanması və Konqresintərkibində demoqrafik-siyasi balansın ciddi şəkildə dəyişməsideməkdir. Məhz bu dəyişiklik 2024-cü ilin iğtişaşlarının əsassəbəblərindən biri olmuşdu və indi də eyni risk öz aktuallığınıqoruyur. Fransa bu dəyişikliklə müstəqillik tərəfdarlarının siyasiüstünlüyünü zəiflətməyə çalışır. Bu, demokratik prosedurunarxasında gizlənmiş geosiyasi manevrdir".
T.Rzayev bildirib ki, diplomatik aspektdən yanaşdıqda, FransaYeni Kaledoniyaya qismən diplomatik fəaliyyət səlahiyyəti versə də,bu səlahiyyətin çərçivəsi açıq şəkildə məhdudlaşdırılıb:
"Fransa dövləti öz diplomatik əlaqələrində Yeni Kaledoniyanınmaraqlarını nəzərə alacağını öhdəlik kimi götürür, lakin suverenxarici siyasət qurmaq hüququ yenə də Parisin əlində saxlanılır. Bu,klassik postkolonial modeli xatırladır.
Fransanın təhlükəsizlik və müdafiə sahələrində nəzarəti əlindəsaxlaması da layihənin əsas nöqtəsidir. Kaledoniyalılar nominalolaraq bu sahələrə cəlb olunsa da, real güc münasibətləri dəyişmir.Silahlı Qüvvələrin və ictimai asayişin nəzarətinin Parisdəsaxlanılması, bu “dövlət”in strukturdan daha çox simvolik rəmzolmasını təsdiqləyir.
Layihədə nəzərdə tutulan ikili vətəndaşlıq mexanizmi dədiqqətəlayiqdir. 2026-cı ildən etibarən Kanakililər həm Fransa, həmdə Yeni Kaledoniya vətəndaşı sayılacaqlar. Avropa vətəndaşlığı isəqorunub saxlanılacaq. Bu da postkolonial Fransanın “imperialməkan”ı parçalamadan idarəetmə instinkti ilə səsləşir. Digərtərəfdən, layihə çərçivəsində nəzərdə tutulan sosial-iqtisadiproqramlar səhiyyə, təhsil, nəqliyyat və gənclər siyasəti Fransadövlətinin Yeni Kaledoniya üzərində nəzarətini saxlamaq üçün yumşaqgüc strategiyasına əsaslanır. Sosial müdaxilələr bir tərəfdənrifahı artırsa da, digər tərəfdən siyasi asılılığındərinləşdirilməsinə xidmət edir."
"Maraqlı bir məqam isə Fransa Prezidenti Emmanuel Makronun budanışıqlarda ilk dəfə şəxsən iştirak etməsidir. Hesab edirəmAzərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupununfəaliyyəti və ümumilikdə beynəlxalq dekolonizasiya dalğası Parisinbu məsələdə belə bir addım atmasına səbəb oldu.
Nəticə etibarilə, Yeni Kaledoniya razılaşması nə Parisin tamqələbəsi, nə də Kanaki xalqının istədiyi azadlıq modelidir. Busənəd daha çox gərgin kompromis, simvolik tanınma və hüquqitəxirəsalmanın birləşməsidir. Əgər bu layihə qəbul edilərsə, Fransaöz imperiya irsini XXI əsrin hüquqi-institusional dilləkodlaşdıraraq bir daha beynəlxalq sistemdə “post-imperialavtoritet” kimi çıxış etməyə çalışacaq. Əgər rədd edilərsə, bu,təkcə Yeni Kaledoniya üçün yox, bütövlükdə Fransa Respublikasınıntərkibindəki digər ərazilər üçün də domino effekti yarada bilər" -T.Rzayev deyib.