AZ

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Azərbaycana səfəri çərçivəsində İsrail rəsmiləri ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

 

Məlumata görə, Prezident əl-Şaraaya yaxın mənbə iki və ya üç belə görüşün planlaşdırıldığını bildirib. Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və Suriya hökumətinin İsraillə münasibətlərdə təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əhməd əl-Dalatinin də bu görüşlərdə iştirakı gözlənilir.

 

İsrail nümayəndə heyətinə Baş nazir Benyamin Netanyahunun xüsusi nümayəndəsi, həmçinin təhlükəsizlik və hərbi rəsmilər daxildir.

 

Müzakirə olunacaq mövzular arasında İsrail və Suriya arasında təhlükəsizlik razılaşması, İran təhlükəsi, Hizbullah və Fələstin terrorçularının silahları, Livandakı Fələstin düşərgələri var. Bundan başqa, Dəməşqdə diplomatik statusu olmayan İsrail koordinasiya ofisinin açılması imkanları da müzakirə oluna bilər.

Seçilən
30
9
senzor.az

10Mənbələr