AZ

SƏRT SÖZLƏR: "Bəzi klubların quyruqları arasında qalanda..." - VİDEO

"Çox maraqlıdı ki, niyə klublarımız yerli məşqçilərə güvənmirlər?

Onların yerli mütəxəssislərə allergiyası var.

Bizim məşqçiləri isə ən çətin dönəmdə, quyruqları qapı arasında qalanda köməyə çağırırlar".

Bu açıqlama “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.

Jurnalist Elçin Cəfərovla tanınmış futbol mütəxəssisi Arif Əsədov bəzi Premyer Liqa təmsilçilərinin yerli çalışdırıcılara etinasız münasibətindən danışıblar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
14
10
sportinfo.az

10Mənbələr