AZ

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb... 

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-21011”, “VAZ-2107” və “KIA” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
38
5
poliqon.info

10Mənbələr