AZ

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza başVERDİ

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-21011”, “VAZ-2107” və “KIA” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
5
redaktor.az

10Mənbələr