AZ

ABŞ-da silahlı insident: polisə atəş açdı, kilsədə bir neçə nəfəri yaraladı

ABŞ-ın Kentukki ştatında silahlı şəxs əvvəlcə polis əməkdaşına atəş açıb, daha sonra isə baptist kilsəsində bir neçə nəfəri yaralayıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb. Bildirilir ki, naməlum şəxs polisə hücum etdikdən sonra hadisə yerindən qaçıb və yaxınlıqdakı baptist kilsəsinə daxil olaraq insanlara atəş açıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Hazırda yaralıların vəziyyəti və insidentin səbəbləri ilə bağlı araşdırma aparılır. 

 

Musavat.com

Seçilən
28
16
musavat.com

10Mənbələr