Mingəçevir su anbarında dincəlməyə gedən Şəmkir sakinlərini gün vurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə günün ikinci yarısı baş verib.
2 nəfər Şəmkir rayon sakini özünü pis hiss etdiyindən təcili tibbi yardıma çağırış olunub. Hər iki şəxs Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 13.07.2025-ci il tarixində saat 18:00 radələrində 2 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara günvurma diaqnozu təyin edilib, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir. Vəziyyətləri stabildir.
6Mənbələr
-
cebheinfo.azDincəlməyə gedən 2 kişini gün vurub ( 19251541)
-
bakivaxti.azDincəlməyə gedən 2 kişini gün vurub ( 19248331)
-
manset.azİstirahət xəstəxanada bitdi - 2 nəfəri gün vurdu ( 19247635)
-
avtosfer.azDincəlməyə gedən 2 kişini gün vurdu ( 19247596)
-
demokrat.azDincəlməyə gedən 2 kişini gün vurub ( 19247575)
-
qafqazinfo.azDincəlməyə gedən 2 kişini gün vurub ( 19247413)