AZ

İstirahət xəstəxanada bitdi - 2 nəfəri gün vurdu 

Mingəçevir su anbarında dincəlməyə gedən Şəmkir sakinlərini gün vurub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günün ikinci yarısı baş verib.

2 nəfər Şəmkir rayon sakini özünü pis hiss etdiyindən təcili tibbi yardıma çağırış olunub. Hər iki şəxs Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, 13.07.2025-ci il tarixində saat 18:00 radələrində 2 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara günvurma diaqnozu təyin edilib, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir. Vəziyyətləri stabildir.

Seçilən
41
5
manset.az

6Mənbələr