AZ

85 yaşlı qadın döyülərək öldürüldü - Oğlu saxlanıldı

Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib. 
 

Kənd sakini – 1940-cı il təvəllüdlü Zeynalova Balabikə ötən gün bədənin müxtəlif nayihələrində ağır xəsarətlərlə rayon xəstəxanasına gətirilib. Bu gün isə həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və B.Zeynalova xəstəxanada həyatını itirib.


Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu, 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
27
9
bizim.media

10Mənbələr