
Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. Ulusum.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib. Kənd sakini – 1940-cı il təvəllüdlü Zeynalova Balabikə ötən gün bədənin müxtəlif nayihələrində ağır xəsarətlərlə rayon xəstəxanasına gətirilib. Bu gün isə həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və B.Zeynalova xəstəxanada həyatını itirib.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu, 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb.
Diqqət Çəkənlər
Qızıl almaq istəyirsən? Bu XƏBƏR səni sevindirəcək - VİDEO
Makron Starmeri və Britaniya millətini alçaltmaqda ittiham edilir
Təhlükəsiz dialoq şərti ilə: İran nüvə danışıqlarına açıqdır