AZ

DVX-nin tələbələr üçün Şamaxıda təşkil etdiyi yay düşərgəsi başa çatıb

Gənclərin peşəkar inkişafının dəstəklənməsi və vergi sahəsinə marağının artırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali məktəb tələbələri üçün təşkil etdiyi “Yay Təcrübə Proqramı” çərçivəsində yay düşərgəsi başa çatıb.

Proqramın ilkin mərhələlərindən uğurla keçən 58 tələbə DVX-nin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində bir həftə ərzində təlimlərdə iştirak edərək bilik və bacarığını daha da inkişaf etdirmək imkanı qazanıb. Düşərgə müddətində gənclərə DVX-nin nümayəndələri və dəvət edilmiş kənar təlimçilər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilib. Proqrama ünsiyyət bacarıqları, emosional zəka, vergi ödəyiciləri ilə işin təşkili, vergi münasibətlərinin tənzimlənməsi, vergilərin hesablanması və ödənilməsinin əsasları ilə bağlı mövzular daxil edilib. Bundan əlavə, interaktiv oyunlar və qrup işləri vasitəsilə tələbələrin komanda ruhu, problem həll etmə və liderlik bacarıqları gücləndirilib. Gənclərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif əyləncələr və sosial fəaliyyətlər təşkil olunub.

Qeyd edək ki, yay düşərgəsindən sonra tələbələr DVX-nin struktur idarələrində 8 həftəlik təcrübəyə başlayıblar. Təcrübə proqramı iştirakçılara real iş mühitində praktiki bacarıqlar qazanmaq, vergi xidmətinin gündəlik fəaliyyətində iştirak etmək və nəzəri bilikləri tətbiq etmək imkanı yaradacaq.

Seçilən
96
23
vergiler.az

10Mənbələr