AZ

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır (FOTO)

Bakı. Trend:

Əmək bazarının tələblərinə uyğun kadr hazırlığını dəstəkləməkməqsədilə “Code Academy” və Sənaye və İnnovasiyalar üzrə BakıDövlət Peşə Təhsil Mərkəzi, “CASA”və Turizm və Sosial Xidmətlərüzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA GROUP və Turizm vəSosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeniəməkdaşlıqların əsasını qoyan Anlaşma Memorandumu imzalanıb.

Trend xəbərverir ki, memorandum çərçivəsində birgə təhsil proqramlarınınhəyata keçirilməsi və tələbələr üçün praktik təcrübə imkanlarınınyaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Code Academy” ilə birgə həyata keçiriləcəkproqram 1 illik ikili diplom modelinə əsaslanır.Proqramçərçivəsində tələbələr həm Sənaye və İnnovasiyalar üzrə BakıDövlət Peşə Təhsil Mərkəzinin dövlət nümunəli diplomunu, həm dəbeynəlxalq sertifikasiyaya uyğun “Code Academy” diplomunu əldəedəcəklər. Tədris proqramına əmək bazarının tələblərinə uyğun yeniixtisaslar – Qrafik dizayn və vizual kommunikasiyalar, Süniintellekt dəstəkli veb dizayn və proqramlaşdırma, eləcə dəİnformasiya texnologiyaları və təhlükəsizlik daxildir. Bu proqrambeynəlxalq standartlara əsaslanan müasir tədris, Tələbə TəhsilKrediti imkanları, real iş təcrübəsi və karyera dəstəyi iləfərqlənir.

CASA ilə birgə həyata keçirilən proqram kulinariya sahəsindəpeşəkar təlimi əhatə edir. Proqramı uğurla başa vuran məzunlarzəmanətli işlə təmin olunacaq və aparıcı brendlərlə əməkdaşlıqedərək yüksək maaşlı karyera imkanı əldə edəcəklər. Həmçinin,tələbələr real iş mühitində təcrübə qazanaraq peşəkar şəbəkəyəçıxış əldə edəcəklər.

İmza Group ilə birgə həyata keçiriləcək ACCA F3 MühasibatlıqProqramı isə 3 il müddətinə nəzərdə tutulub.

Proqramı tamamlayan tələbələr F3 – Financial Accounting, F7 –Financial Reporting və F9 – Financial Management kimi beynəlxalqACCA sertifikatlarına yiyələnəcəklər. Bu sertifikatlar tələbələrəyüksək maaş potensialı olan peşələrə çıxış, beynəlxalq səviyyədətanınma və qlobal karyera imkanları qazandıracaq.

Tədbirin əsas məqsədi peşə təhsilində müasir yanaşmalarıntətbiqi, davamlı tərəfdaşlığın möhkəmləndirilməsi və tələbələrinhəm yerli, həm də beynəlxalq əmək bazarına hazırlanmasıdır. Mərasimçərçivəsində iştirakçılar Sənaye və İnnovasiyalar üzrə Bakı DövlətPeşə Təhsil Mərkəzinin imkanları ilə yaxından tanış olmaq üçüninfoturda iştirak ediblər.

Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Peşə
Seçilən
58
23
az.trend.az

10Mənbələr