Rusiyada qadın çatışmazlığı var.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin sosial məsələlərlə bağlı müşavirədə deyib.
Baş nazirin müavini Tatyana Qolikova isə bildirib ki, 2024-cü ildə doğulan uşaqların 51%-i oğlan oldır. O qeyd edib ki, ölkə iki demoqrafik dalğa ilə bağlı ciddi problemlə üz-üzədir.
“Bir demoqrafik dalğa Böyük Vətən Müharibəsi dövrü, ikincisi, mahiyyət etibarilə üst-üstə düşən 90-cı illər dövrü idi”, - deyən Qolikova bunun reproduktiv yaşda olan qadınların sayının azalmasına səbəb olduğunu qeyd edib.
Baş nazirin müavininin sözlərinə görə, hazırda hakimiyyət çoxuşaqlı ailələrə diqqət yetirir.
Öz növbəsində prezident hər on qıza doqquz oğlan düşdüyünü deyən məşhur sovet mahnısını xatırladıb.