AZ

Aİ Ermənistana 2,5 milyard avro investisiya vəd edir

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta, Ermənistanın Aİ-yə inteqrasiya səylərini alqışlayaraq, viza rejiminin liberallaşdırılması və 2,5 milyard avro dəyərində investisiyaların “Qlobal Gateway” proqramı çərçivəsində Ermənistana yatırılacağına dair vədlərini açıqlayıblar.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Aİ və Ermənistan, Yeni Tərəfdaşlıq Gündəliyi üzrə razılaşma əldə edib.

Bununla yanaşı, Aİ Ermənistana maliyyə və texniki yardım göstərməyi vəd edib. Aİ-nin Davamlılıq və İnkişaf Planı çərçivəsində 270 milyon avro sərmayə yatırılacaq, bunun 200 milyon avrosu qrant, 70 milyon avrosu isə təminat şəklində təqdim ediləcək.

Seçilən
81
14
operativmedia.az

10Mənbələr