İspaniya La Liqasında çıxış edən “Valensiya”nın mərkəz müdafiəçisi Kristian Moskera karyerasını “Arsenal”da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, tərəflər transferin bütün detalları üzrə razılıq əldə etsə də, rəsmi prosedurlar yaxın günlərdə tamamlanacaq.
London təmsilçisi bu keçid üçün “Valensiya”ya 15 milyon avro ödəyəcək. Müqaviləyə əlavə bonuslar da daxil edilib və ümumi məbləğ 20 milyon avronu keçməyəcək.
Qeyd olunur ki, 19 yaşlı futbolçu özü yalnız “Arsenal”a keçmək istədiyini bildirib və “topçular”la uzunmüddətli müqavilə imzalayacaq.
2024/2025 mövsümündə Moskera bütün turnirlər üzrə 41 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb. İngiltərə Premyer Liqasının yeni mövsümünə isə avqustun 15-də start veriləcək.