“Qarabağ”ın sabiq legioneri Adama Diakabi karyerasını Almaniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Valdhof Manhaym” ilə anlaşıb.
29 yaşlı futbolçu Almaniya 3-cü Bundesliqa təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.
2023-2024-ci illərdə “Qarabağ”da oynayıb. Adama karyerası ərzində “Renn”, “Monako”, “Haddersfild”, “Amyen”, “Bandırmaspor” klublarının üzvü olub.