AZ

“Neftçi” indi də azərbaycanlı futbolçu ilə yollarını ayırdı

“Neftçi” futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar”ın yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı “Neftçi”də 67 rəsmi oyun keçirib, 4 qol vurub.

O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

Seçilən
21
49
sportinfo.az

10Mənbələr