AZ

“Azpetrol” şirkəti 28 yaşını qeyd edir!

Bakı. Trend:

Bu gün, Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malikolan "Azpetrol" şirkəti 28 yaşını qeyd edir. Ötən illər ərzindəşirkət böyük inkişaf yolu keçərək, yanacaqdoldurma məntəqələrininsayını 108-ə çatdırıb.

“Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasınınQarabağa genişləndirilməsi, şirkətin strateji inkişaf planınınqısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Şuşa, Xankəndi,Cəbrayıl, Əsgəran, Suqovuşan, Hadrut, Ağalı , Xocalı, Füzuli,Zəngilan, Xocavənd, Laçın, Horadiz və Füzuli-Şuşa Zəfər yolundamodul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

"Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyətiUlu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın vəsahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkünolmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqinəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neftstrategiyasının məqsədləri isə, “Azpetrol” şirkətinin fəaliyyətistiqamətlərinin yol xəritəsidir. Azpetrol şirkətin ilkyanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakışəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanındaaçılıb.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatəetməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 108 yanacaqdoldurmaməntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimainəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasirstandartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı,yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası,yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurmaməntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 128 yanacaqdaşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur.Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbiiqazdoldurma postu, 4 maye qazdoldurma postu və 23 elektromobillərinenerji ilə doldurulma postu, 1 hotel, 8 motel, eyni zamandamüxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşəobyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindənbiri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırdaŞirkətdə çalışan işçilərin ümumi sayı 3400 nəfərdən çoxdur.

Azpetrol - Daim inkişafa doğru!
Əlaqə: 957

Məqalədə:
Seçilən
3
6
az.trend.az

7Mənbələr