AZ

“Azpetrol” şirkəti 28 yaşını qeyd edir!

Bu gün, Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti 28 yaşını qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçərək, yanacaqdoldurma məntəqələrinin sayını 108-ə çatdırıb.

“Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağa genişləndirilməsi, şirkətin strateji inkişaf planının qısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Şuşa, Xankəndi, Cəbrayıl, Əsgəran, Suqovuşan, Hadrut, Ağalı , Xocalı, Füzuli, Zəngilan, Xocavənd, Laçın, Horadiz və Füzuli-Şuşa Zəfər yolunda modul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

"Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyevin Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində gördüyü işlərin nəticəsində mümkün olub, respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə, “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir. Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 108 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 128 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 23 elektromobillərin enerji ilə doldurulma postu, 1 hotel, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3 400 nəfərdən çoxdur.

"Azpetrol" - Daim inkişafa doğru!

Əlaqə: 957

Seçilən
4
6
report.az

7Mənbələr