AZ

Suriya MN: Suveydada tam atəşkəs elan olunub

Suveydada tam atəşkəs elan olunub.

Bakues.az xəbər verir ki, bunu Suriya Müdafiə Naziri Murhaf Əbu Qusra bildirib.

Nazir sözügedən qərarın şəhərin ağsaqqalları ilə razılaşdıqdan sonra verildiyini qeyd edib:

“Şəhər ağsaqqalları ilə razılaşdıqdan sonra Suveydada tam atəşkəs elan edilir”.

Onun sözlərinə görə, qüvvələr yalnız hücumlara və ya qeyri-qanuni silahlı qruplara cavab olaraq hərəkətə keçəcək:

“Biz Suveydada ictimai təhlükəsizliyi təmin etmək məqsədilə qüvvələrə sərt davranış qaydaları əmri vermişik. Hərbi polis isə nizam-intizamın qorunması üçün şəhərin daxilinə yerləşdiriləcək.”

O əlavə edib ki, təmizləmə əməliyyatları başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri Suveyda məhəllələrinə nəzarət etməyə başlayacaq.

Seçilən
3
2
icma.az

3Mənbələr