Suveydada tam atəşkəs elan olunub.
APA xəbər verir ki, bunu Suriya müdafiə naziri Murhaf Əbu Qusra bildirib.
Nazir sözügedən qərarın şəhərin ağsaqqalları ilə razılaşdıqdan sonra verildiyini qeyd edib: “Şəhər ağsaqqalları ilə razılaşdıqdan sonra Suveydada tam atəşkəs elan edilir”.
Onun sözlərinə görə, qüvvələr yalnız hücumlara və ya qeyri-qanuni silahlı qruplara cavab olaraq hərəkətə keçəcək: “Biz Suveydada ictimai təhlükəsizliyi təmin etmək məqsədilə qüvvələrə sərt davranış qaydaları əmri vermişik. Hərbi polis isə nizam-intizamın qorunması üçün şəhərin daxilinə yerləşdiriləcək”.
Nazir əlavə edib ki, təmizləmə əməliyyatları başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri Suveyda məhəllələrinə nəzarət etməyə başlayacaq.