Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və DİN-in Ağdam RayonPolis Şöbəsinin əməkdaşları Əsgəran postunda Şəmsi Xaspoladzadəyəməxsus avtomobildə 120 kiloqramadək iribuynuzlu heyvan cəmdəyiaşkarlayıb.
AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı ətinbaytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptikgöstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginintündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyənedilib.
Xaspoladzadə Şəmsi Rafayıl oğlu izahatında ətin Laçın rayonununNarışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyinivə onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək AzərbaycanQida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdimolunub və istehlaka yararsız ət soyuducu anbarda saxlancayerləşdirilib.
Qeyd edilib ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğuntədbirlər görülür. Araşdırmalar davam etdirilir.