Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.
Əlavə məlumat veriləcək.
***
14:05
Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.
News24.az Reporta-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.